Azərbaycanda dəhşətli UÇQUN - 4 kəndin yolu bağlandı - VİDEO
6-09-2022, 10:04

Daşkəsən rayonunda baş vermiş torpaq uçqunu bir neçə kəndin yolunu bağlayıb. Hadisə "Daşkəsən Dəmir Filiz" MMC-nin hasilat fəaliyyəti apardığı "Cənub-Şərq" mədən ərazisindən təqribən 2 kilometr aralıda baş verdiyindən yolun bərpası işlərinə sözügedən qurumun texnika və canlı qüvvəsi cəlb olunub.


AZİNFORM.AZ xəbər verir ki, Daşkəsən rayonunun Mollahəsənli kəndi yaxınlığında baş vermiş uçqun hadisəsi barədə məlumat yayıb. 


Bildirilib ki, hadisə zamanı elektrik xəttləri zədələndiyindən kəndlərə enerji ötürülməsində də fasilə yaranıb. 


Hadisənin fəsadlarını aradan qaldırmaq üçün əraziyə "Daşkəsən Dəmir Filiz" MMC-nin onlarla tikinti texnikası və canlı qüvvəsi cəlb olunub. 





up