“Düş, söhbət edək, maykada maşın sürərlər?” - Polislə sürücü arasında insident
30-08-2022, 16:51

Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri yayılıb.

Görüntülərdə sürücü polis əməkdaşının onu səbəbsiz yerə saxladığını və yoxlanışın qanunsuz olduğunu iddia edir. İnspektor Malik Qasımov isə sürücünü çəkiliş etməkdə günahlandıraraq kameranı söndürməsini tələb edir, ona maşından aşağı düşərək söhbət etməyi təklif edir: "Mən dövlətin polisiyəm. Sən dövlətin polisi ilə məzələnəsi adam deyilsən, kişi o hərəkəti eləmir, video çəkmir. Gecə siz yatırsız, biz xidmət aparırıq. Mən sənə yaraşdırmaram elə çəkəsən. 21 ildir yollardayam, sənin yaşın qədər stajım var, düş aşağı gəl söhbət edək. Sənin polislə problemin var? Maykada maşın sürərlər? Səni sutka gözləyir, polis kapitanı ilə məzələnirsən. Get vətən uğrunda döyüş deyim, hə, gəlib video çəkirsən, ayıbdır, yekə kişisən”.

Əlini maşının qapısı üzərinə qoyub açmağa cəhd edən polis əməkdaşı hadisə yerinə əlavə naryad dəvət edilməsini də təklif edib. 

Sürücü isə polisə danışıq tərzini irad tutaraq, gecə xidmət aparmağın onların vəzifə borcu olduğunu xatırladıb: "Maşını tərk etmirəm. Öz avtomobilimdir, istəsəm maykasız da sürərəm. Gecə xidmət aparmaq sizin vəzifə borcunuzdur". /sfera.az/





up