Həftəsonu Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZİNFORM.AZ-a bildirilib ki, avqustun 27 və 28-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.