Oğuz meşəsində yanğın söndürüldü
27-08-2022, 18:36

Oğuz rayonunda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə bir hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZİNFORM.AZ-a bildiriblər ki, FHN-in yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə zolağının qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.





up