Türkiyədə miqrant avtobusu aşdı: ölən və yaralananlar var
27-08-2022, 01:58

Türkiyədə ağır yol qəzası baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Van vilayətində qeydı alınıb.

Gevaş rayonunda qanunsuz miqrantları daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Mikroavtobusun sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb.

Onun saxlanılması üçün əməliyyat tədbirlərinə başlanılıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.





up