Bakıda ər-arvad qəzada öldü
25-08-2022, 02:25

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AZİNFORM.AZ-ın report-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir - red.) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Nargül Mamed qızı isə ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.





up