Arvadını və üç qızını başından güllələdi- Türkiyədə ŞOK HADİSƏ
24-08-2022, 13:13

Türkiyənin Şırnak əyalətində dəhşətli ailə faciəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, Həsən Karaaslan adlı şəxs gecə saatlarıında arvadını və 3 qızını evdə yatarkən ov tüfəngi ilə başından vuraraq öldürüb.

Karaaslan daha sonra polisə əlindəki silahla polisə gedib, təslim olub. Hadisə yerinə gedən polis qrupları 4 nəfərin cansız bədəni ilə qarşılaşıb.

Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır.





up