Bakıda "Toyota Prius" markalı avtomobilin kobud şəkildə yol hərəkət qaydalarını pozması qeydə alınıb.
AZİNFORM.AZ baku.ws-ə istinadən bildirir ki, hadisə Nəsimi rayonu, Vaqif prospektində baş verib. Belə ki, yolun əks istiqaməti ilə gedən "Prius" avtomobilinin qarşısını DYP maşını kəsib və onu geriyə sürməyə məcbur edib.