Polis əməliyyat keçirdi: BİR GÜNDƏ 30 NƏFƏR TUTULDU
23-08-2022, 13:21

Daxili işlər orqanlarının ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı prinsipial mübarizəsi davam edir.

AZİNFORM.AZ-ın xəbərinə görə, təkcə bir gün ərzində Ağcabədi rayonunda keçirilən əməliyyat zamanı 30 nəfər həbs edilib:

“Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumilikdə 30 nəfər saxlanılaraq istintaqa cəlb edilib”.





up