Cəlilabadın şəhər bazarında yanğın başlayıb
21-08-2022, 16:39

Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub.

Bu barədə AZİNFORM.AZ-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.





up