Bakıda dönərxanada yanğın olub
21-08-2022, 15:17

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan obyektin (dönərxana) mətbəxində 1 ədəd mikrodalğalı soba və 1 ədəd stol yanıb.

AZİNFORM.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





up