Hökməlidə obyektdə yanğın baş verib - VİDEO
20-08-2022, 19:33

Abşeron rayonunun Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZİNFORM.AZ-a bildirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və sexə bilavasitə bitişik evlərə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, hər mərtəbəsi təxminən 950kv.m olan sexin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Sexin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.





up