Dağıstanda toya gedən şəxslər qəzaya düşdü: 7 ölü, 5 yaralı
20-08-2022, 10:24

Dağıstanda “Qazel” markalı avtomobil yük maşını ilə toqquşub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Biri uşaq olmaqla 7 nəfər ölüb, 5-i xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya minik avtomobilinin 60 yaşlı sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Bildirilib ki, “Qazel”də olan sərnişinlər toya gedirmiş.





up