DİGƏR XƏBƏRLƏR
Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermiş yanğınlar ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi ilə bağlı müraciətində deyilir. Qeyd olunub ki, hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir. /apa,az/