Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətli son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Qətldən dərhal sonra 1995-ci il təvəllüdlü Həsən Tağıyev həbs olunub. Qətlə yetirilən Emin Səfərovun yaxınları isə Həsən Tağıyevin qətlin iştirakçısı olduğunu, qəddar qətlin sifarişçisinin kikboks üzrə dünya çempionu Zaur Yusifov olduğunu iddia ediblər. Zaur Yusifov mayın 14-də həbs olunub.
Azinform.az xəbər verir ki, Onun atası Əli Yusifov “Yeni Müsavat”a bildirib ki, oğlunun cinayətin sifarişçisi olması haqda deyilənlər doğru deyil: “Emin Səfərovu Həsən Tağıyev vurub. Mən onları aralamaq istəmişəm, qoluma da bıçaq dəyib”.
Əli Yusifov deyir ki, hadisə baş verən gün ad günü olub:
“Evə tərəf gedirdim. Qonşuluqda yaşayan Emin Səfərovun yolun kənarında maşınını saxladığını gördüm. Mənə evdə demişdilər ki, Emin Həsəni öldürəcəyini deyib. Bu vəziyyəti bilirdim. Baxdım ki, Emin maşınla dayanıb. Qapını açıb maşına oturdum. Eminə dedim ki, məni bir əmi, dayı kimi qəbul elə. Həsən də pis uşaq deyil. Həsən oğlum Zaurun yanında məşq edir. Oğlum müəllimdir, o da onun yanına məşq eləməyə gəlir. Eminə dedim ki, sən Allah, onunla işin olmasın. Emin də bizim məhəlləmizin uşağıdır. Qapı qonşuyuq. Eminə dedim ki, cavan oğlansan, təzə evlənmisən, sənə belə problemli işlər lazımdır? Söhbət edirdik. Emin maşını ”xoddadı", təxminən 10 metr qabağa sürdü, dönüb maşını saxladı. Mənə də dedi ki, ağsaqqal, sənə yaxşı yol. Həmin məqamda ona zəng gəldi. Danışdı, həmin adama dedi ki, səni yığacağam. Bu dəmdə maşının qapısı açıldı, Həsənlə vuruşmağa başladılar. Mənə də bıçaq dəydi, qolumun qanı axa-axa evə tərəf qaçdım. Oğlanlarım evdən çıxıb məni xəstəxanaya aparıblar. Mən həddindən artıq qan itirmişəm. Mənim oğlanlarım o hadisədə iştirak etməyib. Bu haqda deyilənlər yalandır. İstintaq araşdırır, hər şey üzə çıxacaq".
Əli Yusifov oğlu Zaur Yusifovun sələmçi olması ilə bağlı deyilənlərin də həqiqət olmadığını söylədi: