Uşaqlar bir dozası 2.5 milyon dollara satılan dərmandan ölüb? - ARAŞDIRMA
12-08-2022, 17:03

Rusiya Səhiyyə Nəzarəti Xidməti “onurğa əzələlərinin atrofiyası” xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə edilən ”Zolgensma” dərmanı ilə bağlı araşdırmalara başlayıb.

AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb sözügdən xəstəlikdən əziyyət çəkən bir neçə uşaqın müalicəsində “Zolqensma” dərmanının istifadəsi zamanı ölüm halının baş verməsidir.

Xidmətin mətbuat xidmətindən bildiriblər ki, ekspertlər vəziyyəti hərtərəfli qiymətləndirir və ölümün dəqiq səbəbi müəyyənləşdirilir.

Bir müddət əvvəl də “Families with SMA Foundation” və “Reuters” agentliyi Rusiya Federasiyası və Qazaxıstanda iki uşağın ölümü barədə məlumat verib. Hər iki xəstə infuziya yolu ilə “Zolgensma” qəbul edib.

“Families with SMA Foundation”in Rusiya üzrə fondun rəhbəri Olqa Germanenko isə öz növbəsində bildirib: "Azyaşlının ölümünün bu dərmanın istifadəsi ilə nə dərəcədə əlaqəli olduğunu söyləmək çətindir. Bu, diqqətlə yoxlanılmalı və müəyyən edilməlidir".

Uşaqların qaraciyər çatışmazlığından öldüyü də bildirilib. İlkin səbəb kimi bu da göstərilir. Xəstəlik dərman qəbulundan beş-altı həftə sonra özünü göstərib.

Onu da qeyd edək ki, hazırda ”Zolqensma” dərmanının bir dozası 2,5 milyon dollara satılır. /publika.az/  





up