Bakıda sərnişin avtobusu qəza törədib
11-08-2022, 20:24

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Neftçilər Xəstəxanasının qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Baku-Bus" MMC-ə məxsus sərnişin avtobusu yolun kənarı ilə hərəkət edən "Ford" markalı minik avtomobilinə çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.





up