FHN: Babadağda həlak olan şəxsin meyiti TAPILDI - VİDEO
9-08-2022, 20:39

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə AZİNFORM.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.


AZİNFORM.AZ



up