Bakıda AĞIR QƏZA: ölən var
6-08-2022, 11:13

Bakıda qəzada yaralanan sürücü dünyasını dəyişib.

AZİNFORM.AZ xəbər verir ki, iyulun 28-i Sabunçu rayonunda minik avtomobili ilə "KaMAZ" markalı yük avtomobili toqquşub. Nəticədə 30 yaşlı Abdullayev Emil Ceyhun oğlu ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, yaralı avqustun 5-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.





up