Bakıda məşhur geyim mağazasının müdiri ölü tapıldı
3-08-2022, 09:33

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, iyulun 24-də "Kığılı" geyim mağazasının Elmlər filialının müdiri 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.  /report/

AZİNFORM.AZ





up