Moskvada naməlum şəxs eyvandan uşaq meydançasına atəş açıb
2-08-2022, 21:33

Moskvanın Otradnoye şəhərində naməlum şəxs yaşayış binasının eyvanından uşaq meydançasına pnevmatik silahdan atəş açıb.

AZİNFORM.AZ xəbər verir ki, evin sakinləri qonşusunun 16-cı mərtəbədə yerləşən eyvandan uşaq meydançasına tərəf atəş açdığını görüblər.

Atıcının əlində pnevmatik silah olduğu güman edilir.

Şahidlər hadisəni videoya çəkiblər. Kadrlarda bir neçə kiçik uşağın oyun meydançasında gəzdiyi görünür. Pəncərədən silahın ağzı onlara tərəf yönəldilir. Atıcının üzü tutulmayıb.

Sakinlər polisə müraciət ediblər. /unikal/





up