BALACA QIZ küçədə oynayarkən qəfildən öldü
2-08-2022, 18:01

Balaca qız küçədə oynayarkən vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, Malatyanın Akçadağ rayonunda 3 yaşlı Hiranur evlərinin qarşısında oynayarkən işıq dirəyindən elektrik cərəyanına dəyərək həyatını itirib.

İddiaya görə, 3 yaşlı balaca Hiranur Dilek dostları ilə evlərinin qarşısında oynayarkən ərazidəki işıq dirəyinə dəyib. Vəziyyət fərq edildikdən sonra xəstəxanaya aparılan kiçik qız bütün müdaxilələrə baxmayaraq, xilas ola bilməyib və dünyasını dəyişib.

Xəstəxanadakı əməliyyatlardan sonra Hiranur Dilekin cənazəsi ailəsinə təhvil verilib.





up