DSX sərhəddi qanunsuz keçmək istəyən 27 nəfəri saxlayıb
1-08-2022, 11:34

Dövlət Sərhəd Xidməti tərəfindən 2022-ci ilin iyul ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi,qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZİNFORM.AZ-ya verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılmış, оnlardan 21 nəfəri Azərbaycan Rеspublikası, 2 İran İslam Respublikası, 1 İraq, 1 Özbəkistan, 2 Pakistan vətəndaşları оlublar.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.





up