Yaxınları öldü zənn etdi, xəstəxanada həyata qaytarıldı
30-07-2022, 10:10

Bakının Sabunçu rayonunda dəniz kənarında ad günü mərasimi təşkil edən şəxs dənizdə boğulub.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb.

1991-ci il təvəllüdlü Müşviq İsmayılov dənizdə çimərkən boğulub. Yaxınları onu ölmüş zənn edib. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 nömrəli xəstəxanaya yerləşdirilib. Reanimatoloqlar onu həyata qaytara bilib.  /apa.az/





up