DİGƏR XƏBƏRLƏR
Bakının Suraxanı rayonunda nənəsini qətlə yetirməkdə ittiham olunan 23 yaşlı Murad İmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
AZİNFORM.AZ xəbər verir ki, cinayət işi üzrə metarial baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
Qeyd edək ki, hadisə bu ilin aprelin 11-də baş verib.
Paytaxt sakini, 69 yaşlı Natalya Popova nəvəsi Murad İmanov ilə mübahisə edib.
Mübahisə zamanı nəvə nənəsinin boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.
İstintaq orqanı tərəfindən 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. /demokrat.az/