Bakıda yük maşını piyadanın üzərindən keçərək öldürdü
30-07-2022, 09:00

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

Hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyev Ümüd Elçin oğlu yol kənarında dayandığı zaman onun üzərindən “Shacman” markalı yük avtomobili keçib. Piyada hadisə yerində ölüb.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.  /apa.az/


AZİNFORM.AZ





up