DİGƏR XƏBƏRLƏR
Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq olunaraq çantası oğurlanıb.
DİN-in Mətbuat Xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, vətəndaşa zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10.200 ABŞ dolları (ümumilikdə 23 min manata yaxın) olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə “102”-ə məlumat daxil olub.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.