Gənc milyarder helikopterin pərvanəsinə ilişib ÖLDÜ
26-07-2022, 14:18

Egeydəki dünyaca məşhur Mikonos adasına istirahətə gedən 21 yaşlı britaniyalı turist helikopterdən endikdən sonra selfi çəkmək üçün geriyə dönərkən quyruq pərvanəsinin ona dəyməsi nəticəsində dünyasını dəyişib. 


AZİNFORM.AZ-ın xarici mediaya istinadən məlumatına görə, gəncin hadisə yerində faciəvi şəkildə öldüyü açıqlanıb. 

Onun milyarder ailəsinin varisi olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb. 

Helikopterin pilotu dindirilmək üçün saxlanılıb.





up