Bakıda ərini qətlə yetirən qadın: "Oturub xırıltısının kəsilməsini gözlədim" - Təfərrüat
25-07-2022, 11:52

Paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Günay Şıxəliyevanınn cinayət işi üzrə təfərrüatlar məlum olub.

AZİNFORM.AZ xəbər verir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə dindirilən Günay Şıxəliyeva ifadəsində bildirib ki, 1980-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Mahir Şıxəliyevlə ailə həyatı qurub və iki övladları dünyaya gəlib. Əri Yeni Suraxanı qəsəbəsində müxtəlif sexlərdə mebel ustası kimi işləsə də, ailəsini normal dolandırmayıb. Toylarından təxminən 2-3 il sonra Mahir demək olar ki, hər gün spritli içki qəbul edib və tüfeyli həyat tərzi keçirməyə başlayıb. Mütəmadi evə sərxoş vəziyyətdə gəlib onu və uşaqlarını incidib. Onun bu hərəkətlərindən bezən Günay boşanmaq istəsə də atası buna imkan verməyib. 

“Uşaqları nisyə araq almağa göndərirdi. Mağazadan nisyə araq verməyəndə uşaqlara deyirdi ki, nənələrindən, babalarından pul alıb ona araq alsınlar. Artıq onunla yaşamaqdan bezmişdim. Boşanmaq istəyəndə atam dedi ki, uşaqlarına görə döz. Amma dözmək mümkün deyildi. Hadisə günü özümü öldürmək qərarına gəldim. Amma uşaqlar gözümün qabağına gəldi. Fikirləşdim ki, özümü öldürsəm, uşaqlar yenə Mahirlə qalacaq".

Martın 6-da  gecə Mahir yenə içkili vəziyyətdə gələrək mübahisə etməyə başlayıb. Mahir onu yumruqla vurmaq istəyəndə oğlu Fərid araya girərək ona mane olub. Bundan sonra əri oğlunun üzünə yumruqla vuraraq onu yerə yıxıb. Mətbəx bıçağını götürüb oğlunun boğazına sıxıb önu öldürəcəyini deyib. Sonra oğlunu buraxaraq uşlaqlar yatdığı otağa keçib. Oturub siqaret çəkdikdən sonra yerə tüpürərək ondan döşəməni təmizləməsini tələb edib. 

Günay ifadəsinin davamında bildirib ki, aaat 23:00 rədlərində əri olan otağa baxanda onun uzanmış vəziyyətdə əlində telefon meyxanaya qulaq asdığını görüb. Onun yatmadığını görüb təklikdə ona nəsə edəcəyini düşünüb qorxaraq həyətdəki hamam otağından dəmir lingi götürərək evə qayıdıb. O evə girən zaman Mahir onu görməyib. Otağa daxil olan kimi dərhal uzamnış vəziyyətdə olan Mahirin baş nahiyyəsinə iki dəfə zərbə endirib. Ardınca otagın ortasına keçərək hərəkətsiz vəziyyətdə olan yoldaşının baş və bədən nahiyyələrinə ardıcıl zərbələr vurub. Əlləri və otağın divarları qana boyanıb. Mahirin xırıldadığını eşidib zərbələri dayandırıb. Mətbəxdə əllərini yuyub əynindəki paltarları dəyişib. Otağa qayıdaraq işığı yandırmadan oturaraq ərinin xırıldısının tam kəsilməsini gözləyib. Bir neçə saatdan sonra əllərinin soyuq olduğunu görərək artıq Mahirin öldüyün başa düşüb. 

Səhər saat 5 radələrində mərhumun telefonunu götürüb 102 xidmətinə zəng edib. Polis əməkdaşları gələndən sonra uşaqlarının atası evinə yola salıb.

Məhkəmə prosesi zamanı Günay Şıxəliyeva ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Günay Şıxəliyeva 9 il müddətinə azadlıqdan məhrum olunub.





up