Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goronboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.
AZİNFORM.AZ xəbər verir ki, Bizim.Media müalicə alan həmin şəxslərin fotolarını əldə edib.
Xatırladaq ki, onların vəziyyətləri qənaətbəxşdir.
Qeyd edək ki, 21 nəfərə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıb.