Baş Prokurorluq 13 işçisini cəzalandırıb
22-07-2022, 12:35

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb.

AZİNFORM.AZ-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Hesabatda vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.





up