Mərdəkanda ev YANDI
18-07-2022, 22:49

Bakının Xəzər rayonunda birmərtəbəli ev yanıb.

AZİNFORM.AZ  xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, aeroport şossesində yerləşən fərdi yaşayış evində alovlanma başlayıb.

Əraziyə FHN-in üç texnikası və canlı briqadası cəlb edilib.

Alovun digər evlərə keçməsinin qarşısı alınıb.





up