Bakıda marşrut avtobusu DYP avtomobilinə çırpıldı
18-07-2022, 22:41

Bakıda ma rşrut avtobusu ilə yol polisi avtomobili toqquşub.

AZİNFORM.AZ xəbər verir ki, qafqazinfo.az-ın məlumatına görə, hadisə Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində baş verib.

60 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobusla DYP-yə məxsus "BMW" markalı xidməti avtomobil toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə, xüsusilə yol polisinin xidməti maşınına ciddi ziyan dəyib. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb. 





up