Azərbaycanda daha bir AİLƏ FACİƏSİ: qardaş qardaşı...
18-07-2022, 10:09

İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan AZİNFORM.AZ-a veriləön məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. /lent.az/

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.





up