Azərbaycanda POLİS əməkdaşı YOL QƏZASINDA ÖLDÜ
17-07-2022, 10:21

Bu gün səhər saatlarında Yevlax rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib.

 AZİNFORM.AZ xəbər verir ki, bu gün səhər saat 06:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin 4 əməkdaşının olduğu “Fiat” markalı xidməti avtomobil Kür çayına düşüb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov dünyasını dəyişib. 

Meyitin yerinin tapılaraq çaydan çıxarılması istiqamətində işlər davam etdirilir.





up