"Gənclik Mall"da həyəcan siqnalı: İnsanlar evakuasiya edildi
16-07-2022, 20:20

"Gənclik Mall"da həyəcan siqnalı çalınıb və insanların təcili olaraq evakuasiya edilməsinə başlanılıb.

Hazırda ticarət mərkəzində olan şəxslərdən Bakupost.az-a daxil olan məlumata görə, sonradan yanğın siqnalının yanlışlıqla çalındığı anlaşılıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.


AZİNFORM.AZ





up