İyulun 15-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 55-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən AZİNFORM.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.