Daha bir vəzifəli şəxslə bağlı cinayət işi başlanıldı - RƏSMİ
15-07-2022, 14:39

Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirib.

Mingəçevir şəhər prokurorluğundan AZİNFORM.AZ-a verilən məlumata görə, araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edib.


Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.





up