Gömrük Komitəsinin daha bir generalı SAXLANILDI - FOTO
15-07-2022, 09:11

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, söhbət qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovdan gedir.

Qeyd edək ki, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub. 

 





up