Tanınmış təhsil eksperti Kamran Əsədovun əmisi oğlu Sərxan Əsədov Neftçalada yol qəzasında həlak olub.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə pravda.az-a K.Əsədov məlumat verib.
Belə ki, rayonun Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb, ağaca çırpılıb.
Sürücü Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!