Bakıda sükan arxasında HUŞUNU İTİRƏN sürücünü polis xilas etdi - ANBAAN VİDEO
11-07-2022, 09:20

Bakıda polis əməkdaşı sükan arxasında huşunu itirən sürücünün həyatını xilas edib.

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, hərəkətdə olan avtomobildə sükan arxasındakı sürücü bilinməyən səbəbdən huşunu itirir.

Bu zaman hadisə yerində olan Post Patrul Xidmətinin əməkdaşı dərhal avtomobili saxlayır və yarana biləcək böyük təhlükənin qarşısını alır.

Videonu təqdim edirik:


AZİNFORM.AZ



up