Qonaq getdiyi evdə arı sancdı, öldü
9-07-2022, 20:30

Ağstafada gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. 

AZİNFORM.AZ-ın xəbərinə görə, Aşağı Göycəli kənd sakini, 1998-ci il təvəllüdlü İlqar Qəhrəmanov arı sancma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Həkimlərin səyinə baxmayaraq, İ.Qəhramanov xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, İ.Qəhramanovu qonaq getdiyi evdə arı sancıb. 

Faktla bağlı araşdırma aparılır.





up