DİGƏR XƏBƏRLƏR
Mərkəzi Klinik Gəncə Xəstəxanasının Reanimatoloq-Nefroloq, Reanimasiya, İntensiv Terapiya və Ekstrokorporal şöbəsinin müdiri, tanınmış həkim Səbinə Qasımovanın evindən oğurluq edən şəxslərə hökm oxunub.
AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, cinayət işinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, 2017-ci ildə Gəncəyə köçən və orada kirayə yaşayan Səbinə Qasımovanın evindən ümumi dəyəri 18 150 manat olan qızıl-zinət əşyası, o cümlədən qiymətli əşyalar oğurlanıb.
Təqsirləndirilən şəxs qismində hakim qarşısına əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini İsmayıl Bağırov və Bakı sakini Zaur Cəfərov çıxarılıb. Onlar keçmişdə məhkum yoldaşı olublar.
AZİNFORM.AZ