Elçin evində yaşadığı Almaniya vətəndaşını niyə öldürüb? - VİDEO
8-07-2022, 22:00

İyunun 18-də 36 yaşlı azərbaycanlı Elçin Ağayev 39 yaşlı Andrey F.Rintelneri balta ilə qətlə yetirərək qaçıb.

AZİNFORM.AZ xəbər verir ki, həmin gündən E.Ağayevin axtarışı davam etdir. Axtarışa polisin Xüsusi Əməliyyat Qrupu və helikopterlər cəlb edilib.

Ötən gün polis bir neçə ev və iş yerinə basqın edib.

E.Ağayevin bir yük maşını sürücüsü ilə Şərqi Avropa ölkələrindən birinə qaçdığı ehtimal edilir.

Həmyerlimiz Avropa Polis Təşkilatının bazasında “silahlı və olduqca təhlükəli” olaraq qeyd edilib.

Detmold dövlət prokurorluğu şübhəlinin tutulmasını asanlaşdıracaq məlumata sahib olanlara 5 min avro pul mükafatı verəcəyini açıqlayıb.

Axtarışda olan E.Ağayevin şəkilləri olan afişalar Almaniyada demək olar ki, hər yerə vurulub.

AZİNFORM.AZ hadisənin təfərrüatı ilə bağlı videonu təqdim edir:


AZİNFORM.AZ



up