DİGƏR XƏBƏRLƏR
Bakıda xəstəxanada həkimə məxsus pullar və çanta oğurlanıb.
AZİNFORM.AZ “qafqazinfo”-ya istinadən xəbər verir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının həkimi S.Əzizova polisə müraciət edərək bildirib ki, iyulun 6-da saat 13 radələrində iş yerindən pulları və çantası oğurlanıb.
O bildirib ki, iş otağını tərk etdiyi vaxt 280 manat pulu və içərisində bank kartları, şəxsiyyət vəsiqəsi, kosmetik vasitələr olan çantası naməlum şəxs tərəfindən götürülüb.
Müraciətlə bağlı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində araşdırma aparılır.
AZİNFORM.AZ