DİGƏR XƏBƏRLƏR
Yardımlıda qadının başını baltayla kəsərək qətlə yetirən şəxs tutulub.
AZİNFORM.AZ bakupost.az-a istinadla xəbər verir ki, hadisə baş verəndən bir neçə saat sonra Yardımlı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Firqət Məsdiyev Təvəkkül oğlu saxlanılıb.
Belə ki, kənddə keçirilən toydan içkili vəziyyətdə çıxan Firqət qadının işlətdiyi mağazaya gedib.
Ondan nisyə siqaret istəyib, lakin Gülxar verməyib.
Ümumiyyətlə, son vaxtlar o, dəfələrlə nisyə siqaret və digər ərzaqlar üçün mağazaya gedirmiş. Lakin hər dəfə qadın etiraz edib, nisyə mal verməyibmiş.
Sonda bundan qəzəblənən kişi onu amansızcasına öldürüb.
Əldə olunan məlumata görə, tüfeyli həyat tərzi keçirən Firqət narkotik istifadəçisi olub.