Sabiq polis əməkdaşı parkda İNTİHAR ETDİ
6-07-2022, 22:02

Sumqayıt şəhərində sabiq polis serjantı Fuad Ağayev özünü asaraq intihar edib.

AZİNFORM.AZ-ın xəbərinə görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən parklardan birində qeydə alınıb.

F.Ağayev səhhətində yaranmış problemlərlə bağlı bir müddət əvvəl öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında məlumatı təsdiqləyib.

AZİNFORM.AZ





up