Dəhşətli QƏTL: 7 nəfərlik ailə qətlə yetirilib
5-07-2022, 23:53

Meksikanın Verakruz ştatının Boka-del-Rio şəhərində qadınlar və bir uşaq daxil olmaqla 7 nəfərlik ailə qətlə yetirilib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə yerli prokurorluğun mətbuat xidməti tviterdə bildirib.

“Biri azyaşlı olmaqla üç qadın və dörd kişinin ölümü ilə bağlı cinayət işi açılıb”, - mətbuat xidməti vurğulayıb.

Meksikada son illərdə qəsdən adam öldürmələrin sayı bir qədər azalıb.

Hökumətin məlumatına görə, 2022-ci ilin ilk 5 ayında 10 838 belə cinayət qeydə alınıb.





up