Murmansk vilayətinin kiçik Kovdor şəhərində yerli sakinlərlə Azərbaycan diasporunun nümayəndələri arasında münaqişə baş verib.
AZİNFORM.AZ xəbər verir ki, hadisə iyulun 4-nə keçən gecə şəhər kafelərindən birində baş verib. Münaqişə millətlərarası xarakter daşıyıb.
Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumata görə, dava zamanı 4 nəfər xəsarət alıb, davanın 8 iştirakçısı saxlanılıb. Bundan sonra yerli sakinlər mitinqə çıxıblar.
Administrasiya əlavə edib ki, bu faktla bağlı araşdırma aparılır və “şəhərdəki vəziyyət hakimiyyət orqanlarının nəzarətindədir”.
AZİNFORM.AZ