“Altun” şadlıq sarayında bıçaqlanma
5-07-2022, 10:00

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Altun" şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib.

AZİNFORM.AZ "qafqazinfo"ya istinadən bildirir ki, gecə saat 01 radələrində şadlıq sarayında Laçın rayon sakini, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyev bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalardan sonra hadisənin Məmməd Hüseynov adlı şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.





up